Bakıda qadına hədə-qorxu gələn saxta polislər yaxalandı
Bizi izləyin

Qırmızı.az

Bakıda qadına hədə-qorxu gələn saxta polislər yaxalandı

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək qadına hədə-qorxu gələn şəxslər yaxalanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat alıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm