Yeni il hədiyyələrinin keyfiyyəti yoxlanılır
Bizi izləyin

Qırmızı.az

Yeni il hədiyyələrinin keyfiyyəti yoxlanılır

Azərbaycanda Yeni il hədiyyələrinin keyfiyyət standartlarına uyğunluğu yoxlanılır.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, ölkə bazarlarında keyfiyyət standartlarına uyğun gəlməyən məhsullara hələ də rast gəlmək mümkündür, lakin belə məhsulların sayı ildən-ilə azalır.

Komitə sədri bildirib ki, ticarət obyektlərinin yoxlanması ilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olur. R.Həsənov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də istehlakçıların hüquqlarının qoruması üzrə tədbirlər gördüyünü qeyd edib: "Bayram günlərində ölkəyə böyük həcmdə məhsul gətirilir. Вəzi hallarda həmin məhsulların tədarükü qanunsuz həyata keçirilir və ona görə də gətirilən məhsulların keyfiyyətinə nəzarət etmək çox çətindir. Buna baxmayaraq, belə faktların sayı azalır və Yeni il hədiyyələrinin tərkibi istehsalçının qablaşdırmada göstərdiyi ilə əsasən uyğun gəlir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm