Qırmızı.az
İlham Əliyev Bakıda tikilən Heydər məscidində olub
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa
çatdığını, hazırda burada son tamamlama işlərinin həyata
keçirildiyini bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə inşa
olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq
məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4
minarənin inşası başa çatdırılıb.
Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində
saxlayıb, həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından
maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı
müvafiq tapşırıqlarını verib.
Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla
üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla
yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının
arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200
kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa
çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə
olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri
55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə
xüsusi gözəllik verir.
Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət
mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son
bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə
bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın
dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli mənəvi dəyərlərə həssas münasibətin dövlət
siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü
tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi
Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.
Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın
qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata
keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin
son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı
sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli
mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun
nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy
məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata
keçirilib. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən
Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılır.
Artıq Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan
Şamaxı “Cümə” məscidi də dindarların istifadəsinə verilib. Bütün
bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi
keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək
nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı
olsunlar.
Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək
keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini
verdi.
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO