Mikayıl Cabbarov təqaüd probleminə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov təqaüd probleminə aydınlıq gətirdi

“Təqaüdlərin verilməsi və onların həcmi Nazirlər Kabineti tərəfindən müvafiq qərarla müəyyənləşdirilib”.

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov xaricdə dövlət xətti ilə təhsil alan tələbələrin təqaüdlərinin rübdə 1 dəfə verildiyi üçün onlar arasında yaranan narazılığa və həmin tələbələrin təqaüdlərinin artırılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, təqaüdlərin vaxtlı-vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən xüsusi addımlar atılıb:

“Bu prosesləri izləyirik şikayətlərin sayının azalmasını kəskin şəkildə müşahidə edirik. Təhsil Nazirliyinə kimin şikayəti varsa, nazirliyin nəzdində yaradılmış Qaynar xəttin işçi qrupuna müraciət edə bilərlər".

Təqaüdlərin həcminin artırılmasına da toxunan nazir bildirib ki, bu müvafiq qaydalar çərçivəsində həyata keçirilən prosesdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm