Bölgələrdə işləyən müəllimlərə hansı güzəştlər ediləcək?
Bizi izləyin

Qırmızı.az

Bölgələrdə işləyən müəllimlərə hansı güzəştlər ediləcək?

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bölgələrdə çalışan müəllimlər üçün əlavə güzəştlər nəzərdə tutulub

Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə işləyən müəllimlərə edilə biləcək güzəştlərdən danışıb.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bölgələrdə çalışan müəllimlər üçün əlavə güzəştlər nəzərdə tutulub:

“Hazırda Azərbaycan qanunvericiliyi regionlarda çalışan müəllimlər üçün belə güzəştləri nəzərdə tutub. Ümumilikdə, nazirlik bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını, eyni zamanda fənn müəllimlərinin hazırlığı prosesində praktiki təcrübənin və bu təcrübəyə kifayət qədər yer ayrılmadığını tanıyaraq, gələcəkdə müəllim ixtisasları üzrə hazırlanan tələbələrin məcburi şəkildə məktəblərdə təcrübə keçməsini təqdim edəcək”.-deyə M.Cabbarov əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm