Oğrular Rövşən Lənkəranskiyə qarşı ittifaq yaratdı
Bizi izləyin

Qırmızı.az

Oğrular Rövşən Lənkəranskiyə qarşı ittifaq yaratdı

Moskvada Rusiyanın iki nüfuzlu avtoriteti arasında görüş keçirilib.

Axar.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, “Zimniy sad” restoranında baş tutan görüşdə indiyədək iki əzəli düşmən, “Ded Xasan”ın varisi "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovla Sergey İzmaylski ləqəbli Serqey Aksyonov 6 saata yaxın söhbət ediblər.

Kriminal mövzudan yazan Rusiya KİV-i bir vaxtların qan düşmənlərinin barışığını Rövşən Lənkəranskiyə qarşı qurulan ittifaq kimi dəyərləndiriblər.

Məlumata görə, həm Kalaşov, həm də Aksyonov Lənkəranskiylə düşməndirlər. İndi Kalaşov "düşmənimin düşməni mənim dostumdur" prinsipinə üstünlük verərək, Aksyonovla barışmağı üstün tutub. Bu barışığın yeni kriminal müharibəylə nəticələnəcəyini isə zaman göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm