AMEA: “Bülüdül su mənbəyi insan sağlamlığı üçün təhlükəlidir"
Bizi izləyin

Qırmızı.az

AMEA: “Bülüdül su mənbəyi insan sağlamlığı üçün təhlükəlidir"

İlk dəfə olaraq Talışın mineral sularında radonun konsentasiyası ölçülüb, 9 təbii su çıxışlarında radonun miqdarının 3,73-93,3 Bk/l arasında dəyişməsi müəyyən edilib. Sanitar-gigiyenik normalara görə Talışın mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadə edilməsi əhalinin sağlamlığı üçün təhlükəli sayılmır. Yalnız Yardımlı rayonun Bülüdül su mənbəyi istisna olmaqla, çünki bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır.

Publika.az-ın məlumatına görə, bu barədə Geologiya və Geofizika İnstitutunun 2014-cü ildəki

elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatında qeyd edilir.

İnstitut əməkdaşları suların mənbələrinə dair məlumat bazası hazırlayıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdiriblər.Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb.

“Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” ına əsasən, hazırda radon təhlükəsinin azaldılması üzrə xarici alimlərin təcrübəsi öyrənilir. Eyni zamanda Azərbaycan ərazisində radonun qatılığının müəyyənləşdirilməsi üçün cihaz və dozimetrlərin alınması məqsədi ilə aparıcı şirkətlərlə danışıqlar aparılır. Çöl-tədqiqat işlərinə başlanılıb.

AMEA Coğrafiya İnstitutu və ARDNŞ-in «Nobel Oil» şirkətinin mütəxəssisləri ilə birgə yerinə yetirdikləri “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji Atlasının tərtibi” elmi-tədqiqat işi başa çatıb.

Atlasda Azərbaycanın dördüncü dövr sisteminin aşağı sərhəddi və stratiqrafiyası xarakterizə edilib. Tərtib edilmiş bu Atlas dördüncü dövr çöküntülərinin stratiqrafik bölgüsü üçün mühüm elmi-təcrübi əhəmiyyətə malikdir.

Qeyd edək ki, 2014-cü ildə Geologiya və Geofizika İnstitutunda 5 problem üzrə tədqiqat aparılıb. Tədqiqatlar 15 mövzunu və 25 elmi-tədqiqat işini əhatə edib 12 elmi-tədqiqat işi başa çatdırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm