Qubada 6 ilin gəlini internetdə tanış olduğu oğlanla qaçdı - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Qubada 6 ilin gəlini internetdə tanış olduğu oğlanla qaçdı - VİDEO, FOTO

Qubada 6 ilin gəlini internetdə tanış olduğu oğlana qoşularaq qaçıb.

Publika.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, 2 uşaq anası 26 yaşlı Tamilla Baxışova öz doğma xalası oğlu ilə ailə qurduqdan sonra Rusiyada yaşayıb. Bir oğul, bir qız dünyaya gətirən gəlin hadisədən bir müddət əvvəl qızı ilə birlikdə Qubanın Davudoba kəndinə, qayınatasıgilə qonaq gəlib. Gecənin birində isə uşağını da ataraq qaçıb. Məlumata görə, Tamilla qaçdıqdan sonra ərinə və valideynlərinə zəng edərək ondan nigaran olmamalarını, internetdə aşiq olduğu biri ilə qaçdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm