• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Moskvada azərbaycanlı "avtoritet"lərin qapalı görüşü olub

Moskvada azərbaycanlı "avtoritet"lərin qapalı görüşü olub

Moskvanın “Taqanka” metrostansiyası yaxınlığındakı “Şeş-beş” restoranında azərbaycanlı kriminal avtoritetlərin “sxodkası” keçirilib.

Bu barədə Axar.az-a restorandakı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, restoranda Rövşən Lənkəranskiyə yaxın İlya (İlqar) Hacıqabulski, Mətləb, Yunus və Rufiz Aqdamski ləqəbli kriminal avtoritetlər və daha bir neçə nəfər olub.

Çay süfrəsi və bağlı qapılar arxasında keçirilən görüşdə çox gərgin müzakirələr getdiyi bildirilir.

Mənbənin dediyinə görə, azərbaycanlı kriminal avtoritetlər məhz Lənkəranskinin təkidilə restorana yığışıb. Lənkəranski özü hazırda Türkiyədədir. Azərbaycanlıların “sxodka”sına səbəb isə bir qədər əvvəl Lənkəranskinin iki əzəli düşməni Şakro Molodoyla Sergey İzmaylskinin barışması və Rövşənə qarşı birləşməsidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR