Ağdamın ikinci şəhəri - FOTO
Bizi izləyin

Qırmızı.az

Ağdamın ikinci şəhəri - FOTO

Quzanlı mənim üçün doğma kəndim olmaqla yanaşı, həm də ilk əmək fəaliyyətimə başladığım yerdir. Min bir əzab-əziyyətlə və həvəslə yaratdığım Quzanlı kənd orta məktəbindəki rus dili kabinetinin həndəvərindən belə bu gün keçməyə ürəyim gəlmir...

Mənim kimi yüz minlərlə gəncin ən qaynar dövrü təəsüf ki,münaqişə dövrünə düşdü. Beş ilə yaxın hər birimiz səksəkədə yatıb, səhəri gün hansı hadisə ilə qarşılaşacağımaza belə proqnoz verə bilmirdik...

Yenidənqurma siyasəti yetmiş il hökmran olmuşkommunist partiyasını süquta yetirdi. Dolayısıyla komsomol təşkilatı məhvə getdi, onlarca təşkilatın fəaliyyəti ya dayandı, ya da profili dəyişdi. Ancaq nəticədə azad, müstəqil dövlət yaratmağımıza şükr etdik...

Azadlıq carçılarımız arasında olan bəzi “qəhrəmanlar” isə xalqı pərakəndəliyə yuvarlamaqla, nəticədə ölkəni birləşməyə deyil, parçalanmağa sövq etdi... Yaxşı ki, onların bu cəhdi alınmadı...

Beləliklə, hər dəfə qəsəbə statusu almış kəndimə gələndə nədənsə o illər xatirimdən çıxmır. Hadisələr o qədər dərin izlər buraxıb ki, iyirmi ildir üzləşdiyimiz hər bir hadisəni unuda bilmirəm....

Bu illər ərzində şükr etdiyimiz bir də odur ki, Ağdamın 72% -lik ərazisi erməni işgalı altına keçsədə, 28% -lik ərazidə heç olmasa sərbəst hərəkət edə bilirik. Ağdamın havasını sinəmizə çəkməklə, suyunu rahat içə bilirik...

Etiraf etməliyik ki, Ağdamda artıq 1992- ci ilin Ağdamı deyil. Azərbaycan dövlətinin inkişafı sanki özünü ilk olaraq bu rayonda göstərir...

Evə çatmamış yol yorgunu olsamda möhtəşəm “Çay evi”ni ziyarət edirəm. Ağdam RİH-in başçısı Raqub Məmmədovun təşəbbüsü ilə yenidən inşa edilən üçmərtəbəli bina ilkin formasına uyğun olaraq inşa edilmişdir. Bu layihəni 1986-cı ildə olduğu kimi memar Naiq Səmədov hazırlayıb. Bir sıra xırda yeniliklər edilsə də görkəmi dəyişməz qalımışdır.

Buna qədər isə Soltanbud təpəsindəki “Bayraq meydanı”nda olmuşdum. Bayraq meydanına da yeni görkəm verilib. Yüzlərcə “Eldar şamı” ağacı əkilmis və ən əsası ərazidə damcı suvarma sistemi quraşdırlımışdır. Bütün bunlar son iki - üç ya ərzindəki fəaliyyətin nəticəsidir.

Çay evinədək isə yeni salınmış “Heydər Əliyev” prospektində ciddi abadlıq işləri həyata keçirilmiş və İmamqulubəyli kəndindən Quzanlıyadək uzanan parkın ərazisində onlarca“Xan çinar” və “Eldar şamı” ağacı əkilmiş, fəvvarələr düzəldimlişdir. Hələ işlər davam edir.

İcra başçısı Raqub Məmmədov bizimlə görüşdə Quzanlıda ilkin olaraq görəcəyi işlər barəsində danışmadan bizə reallaşdırmaq niyyətində olduğu layihələri təqdim etdi. Qəsəbənin mərkəzində ciddi və əsaslı abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Artıq Ağcabədi istiqamətində möhtəşəm girişqapısının ucaldılmasına başlanılmışdır. Bu ərazidə sakinlərə xidmət göstərəcək avtovağzalın inşası isə başa çatmaq üzrədir. “Əsəd bəy”in bağı deyilən ərazidə inşa edilən bu tikinti obyekti az vaxta sərnişinlərin istifadəsinə veriləcəkdir.

Raqub Məmmədovla söhbətimiz xeyli çəkdi. O, həvəslə bizi görülən işlərlədə tanış etdi.

Amma söhbət əsnasında bir məqam diqqətimdən yayınmadı.

-Vüqar, mən Quzanlını rayonda ikinci şəhərə çevirəcəyəm.Görüləcək bu işləri özümüz üçün bir məşq hesab edirəm. QədimAğdamımıza qayıtmağın yolu ancaq belə səfərbərlikdən və məşqdən keçir...

Tarixdə belə hallar çox olub. Berlin kimi qədim bir şəhər XX əsrdə iki dəfə dağıntıya və demək olar ki işğala məruz qalıb. Bugün isə Berlin Avropaya meydan oxuyur. Misal olaraq Parisi və Vyananı çəkə bilərik...

Bu gün hər birimizin daxilində belə bir ümid varki, Ağdamı daha gözəl, daha da abad quraraq böyüməkdə olan gənc nəslə üzü ağ təhvil verəcəyik. İnşallah...

Görüləcək işlər də isə tək rayon rəhbərliyinindeyil, həmdə bütün rayon ziyalılarınınüzərinə böyük məsuliyyət düşür.

Vüqar Tofiqli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm