Bakıda prokuror qəzaya düşdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda prokuror qəzaya düşdü - FOTO

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsi 35 ünvanında avtomobil qəzası baş verib.

Report-un xəbərinə görə, hadisə zamanı eyni istiqamətlə hərəkət edən iki "BMW" markalı avtomobil toqquşub. Belə ki, sürücülərdən biri - Orxan Əhmədov idarəetməni itirib və onun səhlənkarlığı səbəbindən idarə etdiyi "BMW" markalı maşın əvvəlcə qarşıda hərəkət edən digər sürücü - Cavid Əliyevə məxsus eyni markalı maşının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən hadisəni törədən avtomobil əks yola çıxıb və nəqliyyat vasitəsi səkiyə çırpılaraq dayanıb. Qəza zamanı xəsarət ala olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı arxadan vurulan "BMW" markalı avtomobilin sahibi Cavid Əliyevin prokurorluq orqanlarında çalışır. Hadisədən sonra onun avtomobilinin dövlət qeydiyyat nişanlarının açıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm