Şahin Sultanov ev dustaqlığına buraxıldı
Bizi izləyin

Qırmızı.az

Şahin Sultanov ev dustaqlığına buraxıldı

Bu gün Bakı Hərbi Məhkəməsində keçirilmiş prosesdə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunasına dair vəsatətə baxılıb.

Bununla bağlı Publika.az-a danışan vəkil Adəm Məmmədovun sözlərinə görə, məhkəmə prosesində vitse-admiralla bağlı seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub: və o, azadlığa buraxılıb.

Vəkil bildirib ki, Şahin Sultanov artıq Bakıda ailəsi ilə bir yerdədir.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Vitse-admiral Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm