"Azercell"in prezidenti vəzifədən gedir
Bizi izləyin

Qırmızı.az

"Azercell"in prezidenti vəzifədən gedir

Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq şirkəti tərk edəcəyini elan etdi. Kiril Qaburiç TeliaSonera Qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara almışdır.

O, 14 ilə yaxın bir zaman ərzində Qrup daxilində çalışmış, Azercell-ə qoşulmazdan əvvəl Moldcell şirkətinin prezidenti kimi fəaliyyət göstərmişdir. TeliaSonera şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg qeyd edir: “Müqaviləsinin qüvvədə olma müddəti başa çatarkən Kiril Qaburiçin Qrup xaricində yeni imkanlara doğru istiqamətlənməsi ərəfəsində mən ona il ərzində sərf etdiyi bağlılıq, zaman və səylərinə görə təşəkkürümü bildirmək istərdim. Mən böyük səmimiyyətlə ona gələcəkdə böyük uğurlar arzu edirəm”.

Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən, şirkətin təsisçisi tərəfindən yeni prezident təyin edilənə qədər şirkətin prezidenti vəzifələrini icra edəcəkdir. – “Mən Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi ilə təbrik edirəm. Sadiq idarəetmə komandası ilə birgə ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram.” - Erik Hallberg əlavə etdi.

Vahid Mürsəliyev 2005-ci ildə Azercell-ə qoşulmuşdur. O zamandan etibarən Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif rəhbər vəzifələri icra etmişdir.

2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini əldə etmişdir. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

TeliaSonera Kiril Qaburiçdən sonra Azercell-in prezidenti vəzifəsini icra edəcək namizədin axtarışını həyata keçirməyə başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm