İlham Əliyevin adını çəkdiyi qızcığaz danışdı –VİDEO
Bizi izləyin

Qırmızı.az

İlham Əliyevin adını çəkdiyi qızcığaz danışdı –VİDEO

Prezident İlham Əliyev tədbirlərin birində kiçik qızcığazı xatırlayır və uşağın dediyi sözlərin prezidentin yaddaşında qaldığı hiss olunur.

O qız Zəhra Cabbarzadədir. 2007-ci il mart ayının 10-da anadan olub. Atası Ramil, anası Dürdanə Cabbarovadır.

Zəhra Cabbarzadə iki il əvvəl “Gül bayramı”nda müəlliməsiylə birlikdə bu bayramı qeyd etmək üçün təşkil olunmuş tədbirə gedibmiş. Orda Zəhranın Prezident İlham Əliyevə “Mən sizi tanıyıram, siz Heydər babanın oğlusuz” deyə müraciəti yaddaşlarda iz buraxan anlardan biri olur.

Bu anın onu tanıtdığını və həyatında böyük iz buraxdığını uşaq sadəlövhlüyü ilə dərk etməyə çalışan Zəhra prezidentin ad gününündə Axar.az-a danışdı.

– Bu gün mənim prezidentim İlham Əliyevin doğum günüdür, ona görə çox sevinirəm. Mən onu çox sevirəm, doğum günü münasibətiylə də təbrik edirəm. Ona uzun ömür, cansağlığı arzu edirəm. Yüz yaşasın istəyirəm. Ən böyük arzum gələn il bu günü prezidentimizlə birlikdə Şuşada qarşılamaqdır və istəyirəm ki, mən orda İlham Əliyevi təbrik edim. Onu dünya boyda istəyirəm... İndi yenə prezidentimizi görmək, onu qucaqlamaq istəyirəm.

Nihat Cəbrayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm