Yunanıstan və Serbiyanın ölkəmizdəki səfirləri BANM-da olublar
Bizi izləyin

Qırmızı.az

Yunanıstan və Serbiyanın ölkəmizdəki səfirləri BANM-da olublar

BANM-da Yunanıstanın və Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Yunanıstanın və Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç ilə görüş keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, görüş çərçivəsində ali məktəbin rektoru Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tədrisin təşkili prosesi və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verib.

Rektor bildirib ki, bu ali təhsil olacağı yeni fəaliyyətə başlamasına baxmayaraq, əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olub. E.Qasımov qeyd edib ki, BANM-də tədris sistemi Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun şəkildə təkil olunmuşdur və bu baxımdan Avropanın bu sahədə tanınan, güclü ali təhsil müəssisələri ilə əməkdaşlıq olduqca vacibdir. O vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulması məqsədə müvafiqdir.

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə, təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Bakı Ali Neft Məktəbinə dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirib. Azərbaycanda aparılan uğurlu, strateji islahatları və Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq layihələri yüksək qiymətləndirdiyini vurğulayan səfir qeyd edib ki, Azərbaycanda neft –qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir.

Görüş zamanı gələcəkdə əməkdaşlıq çərçivəsində universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində müzakirələr aparılıb. Görüşün sonunda qonaqlara Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm