Ramil Usubov Bakı polisinə 3 rəis təyin etdi - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov Bakı polisinə 3 rəis təyin etdi - SİYAHI

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən, Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl İdarədə yoxlamalar həyata keçirilib və bir neçə vəzifəli şəxs vəzifələrindən azad olunublar.

Yoxlamaların DİN-nin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm