• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

DSMF jurnalistləri mükafatlandırdı

DSMF jurnalistləri mükafatlandırdı

“Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, müsabiqəyə 1 oktyabr 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixə kimi Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub. Keçirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər.

Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri “Vergiler.az” saytının müxbiri Elbrus Cəfərli, 2-ci yeri “Azərbaycan” qəzetinin müxbiri Elçin Cəfərov və “Kaspi” qəzetinin müxbiri Xəyalə Rəis, 3-cü yeri isə “Paralel” qəzetinin baş redaktor müavini Akif Nəsirli , “Novosti-Azerbaydjan” Xəbər Agentliyinin şöbə müdiri Nərminə Əli və “Palitranews.az” saytının şöbə müdiri İlkin Ağayev tutublar.

Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin redaktoru Elnur Teymuroğlu, 2-ci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev və “Space” Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Rövşən Abdurəhmanlı, 3-cü yerə isə “İctimai” Televiziyanın böyük redaktoru Eldəniz Sücəddinoğlu və “Lider” televiziyasının aparıcısı Rasim Şərifov layiq görülüblər.

Müsabiqənin yekunlarına əsasən “Olaylar” qəzetinin müxbiri Alim Hüseynli, “Xalq qəzeti”nin müxbiri Zərifə Bəşirqızı, “Axar.az” saytının müxbiri Fərqanə Vəkilova, “Melumat merkezi.com” saytının redaktoru Günel Cəlilova, “Modern az.” Xəbər Portalının müxbiri Pərvin Arzuqızı, “Ekspress”qəzetinin müxbiri Vasif Cəfərov, “Azadinform.az” İnformasiya Agentliyinin müxbiri Fidan Əliyeva, “Hafta.az” saytının müxbiri Gülşanə Mustafayeva, “Baymedia.az” Xəbər Portalının redaktoru Mahir Həmzəoğlu, “Bakupost.az” internet qəzetinin şöbə müdiri Yaqut Məmmədova, “Bakı xəbər” qəzetindəki məqaləsinə görə jurnalist Rəsmiyyə Rzalı, “Trend.az” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, “Şərq” qəzetinin əməkdaşı Məlahət Rzayeva, “Respublika” qəzetinin müxbiri Mustafa Kamal , “Fins.az” saytının redaktoru Namiq Hüseynov “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.

DSMF-nin sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. E.Mehdiyev bildirib ki, Fond sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaq.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR