2 il pəncərədən evə soxulub 3 uşaq anasını zorladı
Bizi izləyin

Qırmızı.az

2 il pəncərədən evə soxulub 3 uşaq anasını zorladı

2007-ci ildə həyat yoldaşını itirən 43 yaşlı qadın 2 ildir ki, 29 yaşlı qonşusu tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Ergani vilayətinin Birgen rayonunda bir otaqlı evdə yaşayan 3 uşaq anası E.B. 2009-cuildə müayinə üçün getdiyi xəstəxanada 8 aylıq hamilə olduğunu öyrənib. Qadın həmin günə kimi hamilə olduğundan xəbərsiz olub.

Bundan sonra E.B. və uşaqları Ailə və Sosial Siyasətlər Müdürlüyü tərəfindən xüsusi nəzarətə götürülüb, sığınacağa yerləşdirilib.

Qeyd edək ki, tərcüməçi vasitəsilə polisə ifadə verən kürd əsilli qadın qonşusunun ona təcavüz etdiyini dilə gətirib: «Ərim dünyasını dəyişdikdən sonra İbrahim H.T. 2 ildir ki, pəncərədən evimə girərək məni zorla onunla cinsi münasibətdə olmağa vadar edib. O dəfələrlə mənə təcavüz edib».

İrəli sürülən ittihamları rədd edən 29 yaşlı gənc isə ona şər atıldığını bildirib: «Bu qadının əqli cəhətdən problemi var. Onun verdiyi ifadəyə ciddi yanaşmaq lazım deyil. O evində duran adam deyil. Mütəmadi harasa gedir. Onun başqa birindən hamilə qaldığını düşünürəm».

Polisin araşdırmaları, eləcə də İbrahimdən alınan DNT nümunəsi 43 yaşlı qadının məhz ondan hamilə qaldığını təsdiqləyib. Bundan sonra törətdiyi əməli etiraf etməyə məcbur olan gənc qadının istəyi ilə onunla intim münasibətdə olduğunu deyib. Lakin polis onun ifadəsinin yalan olduğunu bildiyindən araşdırmaları bir qədər də genişləndirib. Yetərli sübut toplandıqdan sonra iş Diyarbəkir Ağır Cəza Məhkəməsinə göndərilib.

Məhkəmə isə bu günlərdə 3 uşaq anasına təcavüz etmiş şəxsin 15 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm