Kolumbiyada təyyarə qəzaya uğradı, sağ qalan olmadı
Bizi izləyin

Qırmızı.az

Kolumbiyada təyyarə qəzaya uğradı, sağ qalan olmadı

Kolumbiyanın şərqindəki Santander departamentində təyyarə qəzaya uğrayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarədəki yeddi nəfərdən sağ qalan olmayıb.

Onlardan biri pilot, digər 6-sı isə sərnişin olub.

“Alas de Colombia” aviaşirkətinə məxsus “Sessna” tipli yüngül təyyarə Bukaramanqa şəhərindən Malaqu şəhərinə uçurdu. Təyyarə qəzadan bir müddət əvvəl radarlardan itib. Bundan daha əvvəl isə pilot mühərrikdəki nasazlıq barəsində xəbər verə bilib. Pilotun Mesa-de-los-Santos qəsəbəsi yaxınlığında qəza enişi etmək cəhdi isə müvəffəqiyyətsizliklə nəticələnib.

Ölənlərin hamısı qəza yerində tapılıb. Təyyarə isə tamamilə dağılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm