Tələbə sinif otağında öldürüldü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Tələbə sinif otağında öldürüldü - VİDEO

Rusiyanın paytaxt Moskva şəhərində Politexnik kollecində tələbələrin zarafatı faciə ilə nəticələnib.

Publika.az-ın məlumatına görə, NTV-nin yaydığı kadrlarda əvvəlcə tələbənin yoldaşları tərəfindən əl-qolu bağlı vəziyyətdə dəhlizdə aparıldığı görünür. Sonra isə onu həmin vəziyyətdə sinif otağına itələyirlər. Müvazinətini saxlaya bilməyən gənc, zərblə partaya çırpılır. Videodan gəncin qırtlaq nahiyəsinin partanın tinininə dəydiyi görünür. Müəllimin gözləri önündə baş verən hadisədə tələbə boğularaq can verir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm