Qırmızı.az
Miqrasiya xidmətləri "Elektron hökumət" portalına inteqrasiya olundu
Dövlət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə cümə günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, portalda elektron formada DMX-nin aşağıdakı xidmətlərindən istifadə etmək mümkün olacaq: vətəndaşlığın əldə edilməsi, onun bərpa edilməsi, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması, daimi yaşamaq üçün icazə, əmək fəaliyyəti müddətinin uzadılması, əmək fəaliyyəti üçün icazə, miqrasiya orqanlarına qulluğa qəbul, müvəqqəti yaşamaq üçün icazə, onlayn ödəmə.
Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq edilən 11 e-xidmətin 10-u portala inteqrasiya edilib.
İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!