Rusiyada oğul-atanı girov götürən azərbaycanlılar saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Rusiyada oğul-atanı girov götürən azərbaycanlılar saxlanıldı

Rusiyanın hüquq-mühafizə orqanları Moskvada Azərbaycan vətəndaşlarını saxlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “İnterfaks” xəbər agentliyinə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Onlar üç həftə əvvəl Moskvada ata və oğulu girov götürməkdə ittiham olunurlar. Azərbaycanlılar girovlardan mənzillərini onların adına keçirməyi tələb ediblər.

Girovların azad olunması əməliyyatı dekabrın 20-də həyata keçirilsə də, KİV bundan yalnız indi xəbər tutub. Azərbaycan vətəndaşları barəsində fakt üzrə cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 6-də moskvalı qadın polisə müraciət edərək əmisi və onun oğlu ilə əlaqə yarada bilmədiyini bildirib. Tədqiqatçılar müəyyənləşdiriblər ki, naməlum şəxslər dekabrın 4-də özlərini kommunal xidmətin işçiləri kimi təqdim edərək Sevastopol prospekti, ev 46 ünvanında yerləşən mənzilə daxil olub. Cinayətkarlar zərərçəkəni döyərək onu Tulaya apararaq orada evdə saxlayıblar. Azərbaycanlılar növbəti gün eyni üsulla onun 29 yaşlı oğlunu oğurlayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm