Bakıda polisə xəsarət yetirən sürücü tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda polisə xəsarət yetirən sürücü tutuldu

Bakıda sərxoş vəziyyətdə yol polisinə xəsarət yetirən sürücü saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi RPİ-nin DYPŞ-nin YPX-nin inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.

Onun barəsində CM-nin 315-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm