İqtisadiyyat və Sənaye Nazirliyi jurnalistləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

İqtisadiyyat və Sənaye Nazirliyi jurnalistləri mükafatlandırdı

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi “Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan sənayesinin potensialı və inkişafı ilə bağlı “Ənənə və gələcək” filmi nümayiş olunub.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev “Sənaye ili” ilə bağlı bu il bir sıra tədbirlər keçirildiyini, müsabiqənin də bu silsiləyə daxil olduğunu bildirib.

Daha sonra Müsabiqə Komissiyasının sədri, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib ki, ümumilikdə müsabiqəyə 50 yazı təqdim edilib və bu, müsabiqəyə böyük marağın göstəricisidir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov neftin 100 il sonra tükənəcəyini, sənayenin isə bəşəriyyət olduğu müddətdə olacağını söyləyib.

Azərbaycanda sənayenin inkişafından danışan Ə.Amaşov yaxın illərdə Azərbaycan sənayesindən əldə olunan gəlirin neft sektorundan alınan gəlirlə bərabərləşdirilə biləcəyini bildirib.

Ə.Amaşov İqtisadiyyat və Sənaye Nazirliyinin müsabiiqəsinə marağın böyük olmasını nazirliyin mətbuat xidmətinin fəaliyyətini yüksək səviyyədə qurması ilə əlaqələndirib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil’ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də jurnalistlərin müsabiqəyə, iqtisadi mövzulara marağını yüksək qiymətləndirib: “Elə nazirliklər var ki, mətbuat xidmətlərinin rəhbərləri jurnalistləri tanımır. Bu baxımdan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti yüksək səviyyədədir, onların fəaliyyətini təqdir edirik”.

Müsabiqə Komissiyası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da müsabiqəyə marağın böyük olmasını təqdir edib.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən bütün yazılar mükafatlandırılıb.

Mükafatlandırılan jurnalistlər arasında "Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Naibə Qurbanova və Publika.az xəbər portalının əməkdaşı Vasif Həsənli də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm