Liftdə dəhşətli ölüm
Bizi izləyin

Qırmızı.az

Liftdə dəhşətli ölüm

Liftdə dəhşətli ölüm

Qorxu filmlərində tez-tez rast gəldiyimiz ölüm səhnələrindən biri Rusiyada baş verib.

21 yaşlı gənc ana Olqa Tilinina liftə minməklə ölümünə bir addım atıb.

Belə ki, liftin təhlükəsizlik sistemləri işləmədiyi üçün Olqa qapıların arasında qalıb. Hərəkət edən lift qadını mərtəbələr arasında gilyotin kimi parçalayıb.

Faciə Moskva yaxınlığında Dmitrov qəsəbəsində baş verib. Gənc ana Olqa iki yaşlı oğlu Maksimi hava almaq üçün gəzintiyə çıxarıb. Bir müddət sonra evə qayıtmağa qərar verən ana bir əlində uşağı birinci mərtəbədəki liftin düyməsini sıxıb. Qapı açılanda Olqa içəri addım atıb və yuxarı mərtəbələrdən birinin düyməsini sıxıb. 23 ildir istifadə edilən antikvar liftin qapıları bağlanmağa başlayıb və həmin an lift yuxarı qalxmağa başlayıb.

Əlindən tutduğu Maksimi içəri itələməyi bacaran ana bir saniyə sonra hərəkət edən lift tərəfindən birinci və ikinci mərtəbələri arasında parça-parça edilib. Olqanın faciəvi şəkildə can verməsini çarəsiz izləyən kiçik Maksim isə imdada yetişən qonşulara sadəcə “Anamın ayağı burada qaldı” deyə bilib.

Hadisə yerinə xilasetmə qrupları gələndə iş işdən keçmişdi. Əzilmiş bədəni ikinci mərtəbədən çıxarılan Olqanın qopan başı və ayağı birinci mərtəbəyə düşmüşdü.

Anaları ölən iki yaşlı Maksim və 1 yaşlı Yegorun atası 24 yaşlı Dmitri isə yoldaşının liftdə faciəvi şəkildə can verdiyinə hələ də inana bilmir. O, “Bundan sonra həyatımı uşaqlarıma həm atalıq, həm də analıq edərək keçirəcəm. Günahkarların ortaya çıxarılmasını istəyirəm” deyib.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm