Bakıda 14 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 14 dərəcə isti olacaq

Sabah Bakıda 14 dərəcə isti olacaq.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm