"İmran Cəfərzadə yeriməyə çalışır"
Bizi izləyin

Qırmızı.az

"İmran Cəfərzadə yeriməyə çalışır"

"İ.Cəfərzadənin fiziki və psixoloji durumu normaldır"

“İmran Cəfərzadənin “Bavaria” rehabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Hazırda həkimlər xəstənin müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar”.

Bu sözləri Publika.Az-a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov deyib.

“İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. Bundan sonra, İmranın müalicəsinə rəhbərlik edən “Charite” klinikası məqsədəuyğun hesab edərsə, o Azərbaycana geri qayıda bilər”.

V.Qafarov onu da əlavə edib ki, İ.Cəfərzadənin fiziki və psixoloji durumu normaldır. Onun geri qayıtması ilə bağlı hələ ki, konkret vaxt deyilməyib.

Xatırladaq ki, ötən il iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezident İlham Əliyevin xüsusi göstərişi ilə Almaniyada davam etdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm