Gömrükçülər çoxlu miqdarda pirotexniki vasitələr aşkar edib - FOTO
Bizi izləyin

Qırmızı.az

Gömrükçülər çoxlu miqdarda pirotexniki vasitələr aşkar edib - FOTO

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş çoxlu miqdarda pirotexniki vasitələr aşkar edib.

Dövlət gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzinin ərazisində müxtəlif şəxslərdən külli miqdarda-3550 ədəd, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Quluzadə Nofəl Yusif oğlu, Şirinov Yasin Qasım oğlu, Hacınəbiyev Asim Musa oğlu, Həmzalov Hacıbala Daşdəmir oğlunun idarə etdikləri avtomobillərdən külli miqdarda-446 min 712 ədəd, Balakən Gömrük İdarəsinin «Маzımçay» gömrük postunda isə Azərbaycan Respublikasının vətəndaşı Zeynalov Ramin Elxan oğlunun idarə etdiyi nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 7267 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm