• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baxma, o qatarın dalınca baxma... Sürət 140 kilometr

Baxma, o qatarın dalınca baxma... Sürət 140 kilometr

Bakıdan qərb istiqamətində hərəkət edən qatarların sürəti saatda 140 km-ə çatdırılacaq. Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.

Q.Nəzərov qeyd edib ki, qəbul edilmiş Dövlət Proqramına əsasən, Bakıdan Gürcüstan sərhədinə qədər dəmir yolunda aparılan işlərin 2018-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu işlər bitdikdən sonra ölkənin qərb istiqamətində hərəkət edən qatarların sürəti saatda 140 km həddinə çatdırılacaq: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə verilməsi ilə əlaqədar Bakı-Böyük Kəsik istiqamətində dəmir yolu xətlərində yenidənqurma işləri aparılır. Dünya Bankı ilə birgə həyata keçirilən layihəyə və Dövlət Proqramına əsasən, həmin istiqamətdə həm yol təsərrüfatı, həm enerji, həm də rabitə sistemi yenidən qurulacaq və sürət qatarlarının hərəkəti üçün texniki şərait yaradılacaq”.

O, həmçinin bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən İsveçrədən əlavə olaraq 30 vaqon alınacaq. Paralel olaraq, köhnə vaqonlar Ukrayna və Rusiyada təmir olunacaq: “Bu işlərdən sonra vaqon heyətinin demək olar ki, yarısı yenilənəcək”.

“Azərbaycan Dəmir Yolları” rəsmisi əlavə edib ki, Azərbaycanın dəmir yolunda sərnişindaşıma tariflərinin dəyişdirilməsi gözlənilmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR