Şahin Sultanov: “Hər şeyi zaman göstərəcək”
Bizi izləyin

Qırmızı.az

Şahin Sultanov: “Hər şeyi zaman göstərəcək”

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun ötən gün ev dustaqlığına buraxılmasına münasibət bildirib.

Publika.az-a açıqlama verən Ş.Sultanov Yeni il ərəfəsində ailəsi ilə bir yerdə olduğu üçün çox sevindiyini deyib: “Hər şey qaydasındadır. Səhhətim də yaxşıdır. Mən çox söz danışmaq istəmirəm. Hazırda mənə qarşı irəli sürülən ittihamlarla bağlı da iş gedir. Ancaq hər şeyi zaman göstərəcək”.

Xatırladaq ki, 2014-cü ilin aprelində həbs edilən Şahin Sultanov dekabrın 25-də həbsdən ev dustaqlığına buraxılıb. O, ötən gün həbsdən çıxan kimi ilk növbədə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm