• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rəşid Mahmudovdan qalmaqallı açıqlamalar: “Kişilərimiz hamilə qadın kimidir” – FOTOLAR

Rəşid Mahmudovdan qalmaqallı açıqlamalar: “Kişilərimiz hamilə qadın kimidir” – FOTOLAR

Onu Azərbaycanın ən qalmaqallı ziyalılarından hesab edirəm. Elə təkcə mən yox, əksəriyyət belə düşünür. Amma dedikləri nə qədər söz-söhbətə səbəb olsa da, əksər hallarda haqlı olur.

Onunla teleaparıcı Xoşqədəm Hidayətqızının toyunda rastlaşdıq, söhbətləşdik. Beləliklə, Publika.az-ın suallarını tanınmış ziyalı, dosent Rəşid Mahmudov cavablandırır.

- Rəşid müəllim, bir müddət efirlərdən uzaq düşdünüz, görünmədiniz. Hazırda vəziyyətiniz necədir, nə işlə məşğulsunuz?

- Min şükür, vəziyyət yaxşıdır. Bildiyiniz kimi, mən həkiməm, Tibb Universitetinin dosentiyəm. Bu saat əsas iki problemlə işləyirəm. Azərbaycanda iki problemi həll etmək lazımdır.

- Hə, davam edək...

- Birincisi, su ilə bağlıdır və hər ikisi çox önəmlidir. İkincisi, isə kök, ana hüceyrələrdir. Kök hüceyrələr 1998-ci ildə kəşf olunub.

- Ana hüceyrələr nədir?

- Allah insanı yaradanda hər on min hüceyrəyə bir dənə kök hüceyrə qoyur ki, ora zədələnsə, o hüceyrə bölünsün, inkişaf etsin, regenerasiya getsin. Görün, Allah nələr yaradıb. Kök hüceyrələr uşaq doğulanda göbək ciyəsində olur.

- İndi siz bunun üzərində işləyirsiniz?

- Biz xalqımıza deməliyik ki, uşaq anadan olanda onun kök hüceyrələrini saxlamaq lazımdır. Xüsusi bir firma var, Türkiyədən gəlib, bu işlə məşğuldur. Amerikada, Danimarkada, Qırğızıstanda, Almaniyada laboratoyiraları da mövcuddur. Məsələn, Zəlimxan Yaqubun böyrəkəri işləmir. Minlərlə belə insanlar var ki, hemodialız alırlar. Həftədə iki gün hemodializə gedirlər. Qan süzülür, oradan da hepatit C virus keçə bilir. Mənfi 196 dərəcədə kök hüceyrələri qandan ayırırlar və yüz illərlə saxlayırlar Bu elə bil insanın “zapçast”ıdır. Mən yaşlı adamam, hər dəqiqə ölüb gedə bilərəm. İstəyirəm ki, xalqıma xeyrim dəysin.

- Neçə yaşınız var?

- 77 yaşım var.

- Rəşid müəllim, çox maraqlı elmi söhbətlər etdiniz. Doğrudan da insana maraqlı gəlir. Amma sizi efirə daha çox şou qalmaqallarının müzakirəsinə dəvət edirlər...

- Əgər əvvəldən bilsəm ki, nəyə çağıracaqlar, getmərəm. Mənə demirlər.

- Bir dəfə bildiniz, daha getməyin də.

- Mənim qalmaqalla nə işim var?

- Bir dəfə də demişdiniz ki, müğənnilərin, artistlərin ayağı sürüşkəndir...

- Əstağfurullah. Yox oğul, mən elə deməmişəm. Artist qadın çıxıb deyir ki, mənim qızım olub, atasını tanımıram. O adamın adı mütrüfdü. Səhv deyirəm? Rəşid Behbudova, Şövkət Ələkbərovaya bunu demək olarmı?

- Kriminal avtoritet var idi, “Ded Xasan”, onu tanıyırdınız?

- Adının eşitmişəm, amma belə tanımıram.

- Bilirsiniz ki, zahiri bənzərliyiniz çoxdur?

- Yox, fikir verməmişəm. Çünki internetə girə bilmirəm.

- Rəşid müəllim, sənət adamları məlum açıqlamanızdan sonra sizə qarşı çox aqressiv idilər. Özünüzə zəng edənlər oldumu?

- Aqressiv olsunlar da. Heç kim özümə zəng edib nəsə demədi.

- Desəydilər, nə cavab verəcəkdiniz?

- Söysələr də, söyməyəcəyəm. Mən bu millətin quluyam. İnsanları olduğu kimi qəbul edirəm. Mən millətimə qulluq etməliyəm.

- Bəziləri dedilər ki, siz gündəmdə qalmaq üçün belə açıqlama vermisiniz...

- Mən heç elə yerlərə getmirəm, özləri zorla çağırırlar. Efirə getməyəndə işlədiyim yerin rəhbərinə zəng edirlər.

- Əhliman Əmiraslanova?

- Yox, adını deməyəcəyəm. İki yerdə işləyirəm. Ona deyirlər ki, Rəşid müəllimə deyin, efirə gəlsin. Sən də işlədiyin yerdə rəhbərə tabesən axı.

- Gəncəyə də toya gedəcəksiniz. Bu qədər toylara pulu necə çatdırırsınız?

- Toyların çoxuna borc alıb gedirəm.

- Gəncədəki toya borc alıb gedəcəksiniz?

- Yox, hələ pulum var. Ayın 4-nə qədər dörd toya gedəcəyəm.

- Nə qədər yazdırırsınız?

- Neyniyirsən onu, demirəm. Amma toylardan qalmıram. Hətta mənə deyirlər ki, çox xahiş edirik pul yazdırma, gəl, otur, get. Amma mən elə şeyi qəbul etmirəm.

- Dolanışıq necədir?

- Bu aydan o aya zorla dolanırıq da.

- Səhhətiniz necədir?

- Hərdən təzyiqim qalxır.

- Özünüz həkimsiniz...

- Həkim olanda nə olar ki? Həkimin də xəstəliyi olur da.

- Ömrünüz uzun olsun...

- Amma qoymadın ikinci problemi deyəm-yodlu suyu.

- Deyin, əlbəttə...

- Dünyada yaşayan əhalinin iki milyardı yodsuzluqdan əziyyət çəkir. Yod nədir? Boğazda qalxanabənzər vəz var. O vəz yoddan tiroksin hazırlayır. Tiroksinin beş faizi qalır, qalanı zülalla birləşir. Bizi yaşadan o beş faiz sərbəst qalan tiroksindir. O tiroksin yeganə hormondur ki ,tükdən tutmuş, dırnağa qədər hər bir hüceyrənin içərisinə girərək, metexondrisini qıcıqlandırır və yanmanı sürətləndirir. Allah bizə hər şeyi verib. Yediyin nə varsa, onun hamısını həzm etməlisən. Nə qədər lazımdırsa, hüceyrənin qurulmağına gedir. Artığı isə hüceyrənin içinə girib yanmalı, enerjiyə çevrilməlidir. Bizim Azərbaycanda yod Şimal rayonlarında 28-ə qədərdi. Bir sutkada 100-300 mikroqram yod qəbul etməliyik. Suda 28-ə qədərdir. Kiçik Qafqaz sıra dağlarında yaşayan insanlarda 38-40 arasındadır. Şəki tərəflərdə ümumiyyətlə azdır.

- Bəs biz niyə zob olmuruq?

- Ona görə ki, 11 mikroqramdan az yod qəbul etsək, zob olacağaıq. Bu, o deməkdir ki, bizim başımız 28 faizlə işləyir. İnan ki, bizim xalqımız çox təfəkkürlüdür. Əgər suyumuzu yodlaşdırsaq, gör buradan nə qədər kəşflər ixtiralar çıxacaq.

- Elə indi də pis deyil...

- O sənə elə gəlir. İndi karandaşın ucuna bir qələm ixtira edən varmı? Yalan niyə danışaq ki? Mən xalqımı da tanıyıram, sənətimi də bilirəm. Biz digər millətlərdən geri qalırıq. O iki milyard əhalinin əksəriyyəti yodlu suyu qəbul edirlər. On ton suya bir ton ionizasiya olunmuş yod atırsan, vəssalam. Bu barədə Şəkinin deputatı Cavanşir Feyziyevə demişəm. O, çox savadlı və ağıllı adamdır. Çünki Orta Asiyada böyüyüb, bizdə yox. Bizdə böyüsə, elə olmazdı. Ona məqalə vermişəm ki, yodsuz su buraxmaq nəinki qadağandır, cinayətdir. İçməli su ayrı olmalıdır, istifadə olunan su ayrı. Paltar yuduğumuz suda yod nəyə lazıdmır ki? Boy, yaddaş bundan asılıdır. Avropaya getmisənmi? Mən görməmişəm oranı.

- Mən də olmamışam...

- Onlarda bir nəfərin də qarını yoxdur. Amma bizim kişilərimiz hamilə qadın kimidir.

- Niyə?

Çünki mübadilə getmir, 28 faiz gedir, qalanı yığılır qarına . Bunların qarşısını almağın yolu var. Kökəlib arıqlamaq istəyirlər, amma, alınmır.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR