Düşmənin kəşfiyyat-təxribat qrupu hücuma keçdi -erməni hərbçisi əsir düşdü
Bizi izləyin

Qırmızı.az

Düşmənin kəşfiyyat-təxribat qrupu hücuma keçdi -erməni hərbçisi əsir düşdü

26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Naziliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm