FHN Abşeronda partlayışla bağlı məlumat yaydı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

FHN Abşeronda partlayışla bağlı məlumat yaydı (YENİLƏNİB)

Bu gün səhər saatlarda Abşeron rayonu, Mehdiabad qəsəbəsində güclü partlayış olub.

Azvision xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Lakin hadisənin dəqiq səbəbləri bilinmir. Faktla bağlı araşdırmalar aparılır.

***

Partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə Abşeron rayonunda, fərdi yaşayış evində partlayış baş verməsi və dağıntılar altında vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm