Gələn il 3 rayonda “ASAN xidmət” mərkəzləri açılacaq
Bizi izləyin

Qırmızı.az

Gələn il 3 rayonda “ASAN xidmət” mərkəzləri açılacaq

“2015-ci ildə Azərbaycanın ən azı 3 rayonunda “ASAN xidmət” mərkəzləri açılacaq”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, bu mərkəzlərin Qəbələ, Masallı və Bərdə rayonunda açılıb istifadəyə verilməsi nəzərdə tutulur.

İ.Kərimov deyib ki, bu mərkəzlər açıldıqdan sonra ərazi məhdudiyyəti olmadan vətəndaşlarımız istədikləri “ASAN xidmət” mərkəzlərinə müraciət edə biləcək: “Bildiyiniz kimi, hazırda bu, Bakıda həyata keçirilir. Gələn ildən isə regionlarda da tətbiq ediləcək.

Bildiyiniz kimi, dövlət xidmətlərinin siyahısı cənab prezidentin fərmanı ilə həyata keçirilir. Bu fərmana digər xidmətlər əlavə edilərsə, biz də bunu icra edəcəyik. Bununla yanaşı, 2014-cü ildə dövlət şirkətlərində yardımçı xidmətlərin fəaliyyət göstərdiyi də hər kəsə bəllidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm