Təhsil haqlarının ödənilməsi qaydaları dəyişdi
Bizi izləyin

Qırmızı.az

Təhsil haqlarının ödənilməsi qaydaları dəyişdi

Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına bir sıra dəyişikliklər edilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcək.

- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;

- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

Qeyd edək, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib.

Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm