Aktyorlar hərbi litseydə tamaşa göstərdilər - FOTO
Bizi izləyin

Qırmızı.az

Aktyorlar hərbi litseydə tamaşa göstərdilər - FOTO

Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının aktyorları İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası ilə kursantlar qarşısında çıxış ediblər.

Əvvəlcə teatrın aktyoru xalq artisti Valeh Kərimov çıxış edərək Hərbi Liseyin rəhbərliyinə dəvət üçün minnətdarlığını bildirib. Təqdim olunan tamaşa kursantlar tərəfindən maraqla izlənilib.

Sonda Hərbi Liseyin rəisi adından Sumqayıt Dövlət Dram Teatrının kollektivi fəxri fərmanla təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm