Şəmkirdə ağır qəza: ölən və yaralanan var - FOTO
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə ağır qəza: ölən və yaralanan var - FOTO

Ötən gün axşam saat 19:00 radələrində Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadan xəbər verir ki, hadisə Şəmkir - Kür qəsəbəsi yolunda qeydə alınıb. Rayon sakini Sarif Bayramov sürücüsü olduğu "Audi" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılaraq aşıb. Nəticədə "Audi"nin sərnişini İxtiyar Bağırov hadisə yerindəcə dünyasını dəyişib, ağır bədən xəsarətləri alan Sarif Bayramov Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Avtomobilin digər bir sərnişini Xəyal Babayevin vəziyyəti normal olduğundan ona ambulator yardım göstərilib.

Faktla bağlı Şəmkir rayon Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.

Qəzanın dəqiq səbələri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm