Bakıda yük maşını piyada keçidini yıxdı
Bizi izləyin

Qırmızı.az

Bakıda yük maşını piyada keçidini yıxdı

Xocasəndə yük maşını piyada keçidinə çırpılıb.

Xocasən-Lökbatan yolunun 2-ci kilometrliyində, Xocasən qəsəbəsində "Shachman" markalı yük avtomobili kuzovu açıq vəziyyətdə yerüstü piyada keçidinin altından keçərkən ona çırpılıb və yararsız hala salıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları keçiddən istifadə edilməməsi üçün onu hasarlayıblar.

Dəyən ziyan bu gün araşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm