Bankların əhaliyə bayram "sürprizi": pul yoxdur
Bizi izləyin

Qırmızı.az

Bankların əhaliyə bayram "sürprizi": pul yoxdur

Artıq bir neçə gündür ki, paytaxtdakı bankomatların əksəriyyətində problemlər yaranıb.

Axar.az-a verilən məlumata görə, sakinlər istədikləri məbləği bankomatlardan çıxara bilmirlər.

Bankomatların əksəriyyəri ümumiyyətlə işləmir, bəzilərində ya pul olmur, ya da yığılan kodu götürmür.

Yeni il ərəfəsində bu cür halların baş verməsi əhali arasında narahatlığa səbəb olub. Çünki bayram süfrəsini açmaq üçün bazarlıq etmək istəyənlər bankomarlardan pul çıxara bilmirlər.

Bankomatlardakı nasazlıq demək olar ki, əksər banklara aiddir. Ən çox narazılıq yaradan isə bankomatlar isə Kapitalbank və Beynəlxalq Banka məxsusdur. Çünki əmək haqları, pensiya və sosial yardımlar ən çox bu banklar vasitəsilə ödənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm