• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bacımın oğlanla şəkilini çəkiblər” – BİR CİNAYƏTİN TARİXÇƏSİ

“Bacımın oğlanla şəkilini çəkiblər” – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhim Rəhimzadə həmyerilisi Şəhriyar Əlbəndovu öldürüb. Publika.Az-ın araşdırmasına görə, hadisə 0 iyun 2013-cü il tarixdə baş verib. Həmin gün saat 18.40-da Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ADAU-nun 6 nömrəli yataqxanasının həyətində Rəhim Rəhimzadə ilə qonşuluqda yaşayan Şəhriyar Əlbəndov ilə mübahisəsi düşüb.

Qonşular arasında mübahisə avtomobilin qiymətləndirilməsi üstündə yaranıb. Şəhriyar avtomobilin qiymətləndirməsi ilə bağlı Rəhimə düzgün məlumat verməyib. Bundan əsəbiləşən Rəhim Şəhriyar Əlbəndovu öldürmək qərarına gəlib. Bunun üçün mübahisəni davam etdirmək bəhanəsi ilə Şəhriyarı yataqxananın dəhlizinə çağırıb. Orada Rəhim bıçaqla Şəhriyar

Əlbəndovu vurub. Şəhriyar Əlbəndov yataqxananın dəhlizindən qaçıb. O, da Şəhreiyarın arxasınca qaçıb. Rəhim Şəhriyarı yataqxananın arxasında tutaraq çoxsaylı zərbələr vurmaqla onu öldürüb.

"Demişdim ki, ayıbdır, evdə, həyətdə qız, gəlin var"

Bu əməli ilə R.Rəhimzadə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılıb.

R. Rəhimzadə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, mərhum Şəhriyar Əlbəndov onunla eyni yataqxanada yaşayırdı. Onun sözlərinə görə, bəzi hallarda onunla kiçik mübahisələri olub: "Şəhriyar yataqxananın həyətində bəzən yüksək səslə nalayiq sözlər işlədirdi. Buna görə, ona irad tutmuşdum. Demişdim ki, ayıbdır, evdə, həyətdə qız, gəlin var. Hadisədən iki gün əvvəl yataqxananın həyətində olan hamamın yanında qonşumuz İntiqamla söhbət etdiyim zaman Şəhriyar telefonla danışa-danışa yanımızdan keçdi. O, həmin zaman telefonda kiməsə yüksək səslə nalayiq söyüş söyürdü. Həmin vaxt anam və bacım da həmin yerdən keçdiyinə görə Şəhriyara öz iradımı bildirdim. Nəticədə aramızda mübahisə yarandı. Bu zaman bir-birimizin yaxasından tutduq. Lakin İntiqam bizi ayıraraq dalaşmağa qoymadı".

"Nalayiq formada var-yox söyüşü söydü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 10-da, saat 10.00-da yataqxananın həyətində telefonu ilə danışırmış: "Bu zaman Şəhriyar mənə yaxınlaşaraq telefonda aşağı səslə danışmağımı dedi. Məndə astadan danışdığımı bildirdim və yenə aramızda mübahisələri oldu. Lakin dalaşmadıq. Həmin gün saat 18.00-da qonşuluqda yaşayan Vüqarla hamamın yanında söhbət edərkən Şəhriyar da gəldi. Şəhriyar bizim söhbətəimizə qoşuldu. Söhbət zamanı Şəhriyar özünə məxsus "Mercedes" markalı avtomaşınını Gəncə şəhərində yerləşən avtomobil bazarına satmağa apardığını və avtomaşınını 11300 ABŞ dollarına almaq istədiklərini, lakin həmin qiymətlə razılaşmayaraq satmadığını dedi. Şəhriyar bir gün əvvəl isə mənə demişdi ki, avtomaşınına bazarda 10300 ABŞ dolları məbləğində pul təklifolunub. Lakin razılaşmayaraq satmamışdı. Buna görə də Şəhriyardan nəyə görə

yalan danışmasını dedim və onunla mübahisəmiz oldu. Həmin vaxt Şəhriyar mənə nalayiq formada var-yox söyüşü söydü.

Bundan əsəbiləşərək Şəhriyara kənara sakit bir yerə keçməyimizi dedim. Onunla birlikdə kənara çəkilən zaman Vüqar da ardımızca gəlmək istədi. Şəhriyar Vüqarı söyərək arxamızca gəlməməsini tələb etdi. Vüqarda bizim arxamızca gəlmədi".

"Könəyinin qana bulaşdığını gördüm"

R. Rəhimzadə deyib ki, Şəhriyarla birlikdə yaşadıqları yataqxananın içərisindən Şənlik evi istiqamətinə çıxışı olan dəhlizinə gediblər. Onun sözlərinə görə, dəhlizdə ikinci mərtəbəyə qalxan pilləkənin meydançasına keçən zaman əvvəlcədən üzərində olan bıçaqla Şəhriyarın bud nahiyəsindən vurub: "bundan sonra Şəhriyar bərkdən qışqıraraq həmin dəhlizin Şənlik evi istiqamətində olan çıxışı tərəfə qaçdı. Onun arxasınca qaçaraq dəhlizdən çölə çıxanda ona çatdım. Orada Şəhriyara çataraq bıçaqla onun döş qəfəsi nahiyəsindən bir dəfə də zərbə vurdum. Buna baxmayaraq Şəhriyar yenə də qaçmağa davam etdi. Yenə də onun ardınca qaçanda artıq Şəhriyarın əynində olan köynəyinin qana bulaşdığını gördüm. Qorxaraq onun arxasınca getmədim və yaxınlıqda olan sərnişin dayanacağına getdim. Dayanacaqda Elnurun taksi kimi fəaliyyət göstərdiyi Juquli avtomaşını ilə Gəncə şəhər Dəmir yolu vağzalına gəldim. Elnura hadisə barədə heç nə bildirmədim. Ona demişdim ki, tələbəyoldaşlarım dalaşır, onların yanına gedirəm".

"Səhərə kimi vağzalda qaldım"

R. Rəhimzadə dəmiryolu vağzalına gələndən sonra orada "Qız klubu" adlanan yerin yanında oturub: "Təxminən 10-15 dəqiqə sonra isə qardaşım Elməddin mobil telefonuma zəng edərək harada olduğumu soruşdu. Ona yerimi deməyərək telefonu söndürmüşəm və telefonun simkartını çıxararaq atmışam. Səhərə kimi Dəmir yoluvağzalında qaldım. Səhər saat 08.00-da vağzalda tanımadığım bir şəxsə yaxınlaşaraq zəng etmək üçün telefonunu istədim. Həmin telefonla bacım Sevdaya zəng etdim. Bacımdan Nizami rayon Polis İdarəsinin yerini

soruşdum. Bacı Şəhriyarı mənim vurub-vurmadığımı soruşdu. Ona Şəhriyarı mən vurduğunu dedim. Bundan sonra bacım telefonu əri Vüsala verdi.

Vüsal harada olduğumu soruşdu. Dedi ki, olduğun yeri de, gəlim səni polis idarəsinə aparım. Mən də dəmir yoluvağzalında olduğumu bildirdim. Təxminən 10-15 dəqiqə sonra əmilərim Kərim, Fəxrəddin və Ziyəddin vağzala gələrək məni götürdülər. Onlar məni Gəncə şəhər Nizami rayon polis idarəsinə apardılar".

"Bacımın oğlalanla şəklini çəkiblər"

Təqsirləndirilən şəxs qeyd edib ki, Nizami rayon polis idarəsinə könüllü olaraq gəlib və törətdiyi hadisəni etiraf edib: "Şəhriyarı vurduğum bıçağı da polis əməkdaşlarına təhvil vermişəm. Şəhriyarı xuliqanlıq niyyətilə vurmamışam. Həmin hadisə vaxtı Şəhriyarla avtomaşının qiyməti məsələsi ilə əlaqədar mübahisəmiz olub. Amma Şəhriyarı əsasən bacım Sevda haqqında böhtan xarakterli məlumatlar yayması ilə əlaqədar bıçaqlamışam. Şəhriyar bir neçə şəxsə bacım Sevdanın hansısa RAF sürücüsü ilə gəzməsi barədə şayələr yayırdı. Hadisədən bir neçə gün əvvəl Şəhriyar mənim yanımda Pənahla telefonla danışdı. Həmin vaxt Şəhriyar danışarkən Pənahdan soruşdu ki, telefonunda bacımı həmin şəkil qalırmı. Yəni Şəhriyar bununla mənə işarə edirdi ki, guya bacımın həmin oğlanla şəkilini çəkiblər. Şəhriyarla bundan əvvəlllər də bir neçə dəfə mübahisəmiz olub. Bundan əvvəl bacımın haqqında yayılan söhbətləri danışmamağımın səbəbi olub. Bacım ailəli olub və bu söhbətin böyüməməsini istəməmişəm. Çünki bacımın biabır olacaqdı. Onun əri ilə aralarında narazılıq yaranacaqdı. Bacımın ailəsinin dağılmamasını istəmişəm".

"Düşmənçiliyimiz olmayıb"

Mərhumun anası Əfruz Əzimovanın sözlərinə görə, Rəhim Rəhimzadəni və onun ailə üzvlərini tanıyır: "Biz Kəlbəcər rayonundan olan məcburi köçkünlər kimi Gəncədə eyni yataqxanada yaşayırıq. Onlarla münasibətlərimiz yaxşı olub. Heç bir ədavətmiz olmayıb. Oğlum Şəhriyar hərdən Gəncədə özünə məxsus "Mercedes"lə taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırırdı. İyunun 10-da, səhər saat 10.00-da Şəhriyar səhər yeməyi yedi. Onun mobil telefonuna kimsə zəng etdi. Şəhriyar telefonla danışdıqdan sonra dedi ki, bir maşın var, həmin maşına baxacaq, əgər yaxşı maşın olsa öz maşını ilə dəyişəcək. Şəhriyarla birlikdə həyətə düşərək həmin maşına baxdım. Maşının sahibi ilə razılaşdıq ki, 1-2 saatdan sonra görüşərik. Günorta vaxtı Şəhriyar bizimlə birlikdə nahar etdi. Şəhriyar sonra bildirdi ki, maşını dəyişmək istəyən şəxs zəng edib. O, həmin şəxslə görüşərək maşını yoxlatmağa aparacaqdır. Həmin vaxt Şəhriyar həyətə düşərək dostu Pənahla birlikdə dəyişmək istədiyi maşını yoxlatmaq üçün Yeni Gəncəyə qızım Ahunun əri

Namiqin yanına getdi. Saat 18.00-da evə qayıdanda dedi ki, Namiq həmin maşına baxdı və bəyənməyərək dediki, məsləhətli maşın deyil, xərci çoxdur".

"Oğlumu qan içində gördüm"

Əfruz Əzizovanın sözlərinə görə, yataqxananın həyətində olan Şənlik evinin yanından qışqırıq səsləri gəldiyini eşidib və eyvana çıxıb: "Eyvandan həmin istiqamətə səslənərək nə baş verdiyini soruşdum. Səliqə adlı qadının oğlumun öldürüldüyünü bildirdi. Dərhal Şənlik evinin yanına gəldim. Ora çatanda artıq qonşularımız Sadıx və Novruz Şəhriyarı Mübariz adlı şəxsin maşınına mindirdiklərini, Şəhriyarın üst-başının qan içində və huşsuz vəziyyətdə olmasını gördüm. Onlar Şəhriyarı Göygöl rayon xəstəxanasına apardılar. Lakin xəstəxanada məlum oldu ki, Şəhriyar ölüb".

"Səndən "mobil telefonunda həmin şəkilin qalıb-qalmadığını" soruşacam"

Pənah Pənahzadə deyib ki, hadisədən bir neçə gün əvvəl Şəhriyarla yaşadıqları yataqxananın həyətində görüşüb: "Həmin zaman Şəhriyar Rəhimin bacısı Sevdanın Gəncə şəhərində 14 nömrəli marşrutda sürücü işləyən tanışı Fərhad adlı şəxslə

görüşdüyünü və bu barədə Fərhadın özünün bildirdiyini dedi. Şəhriyara dedim ki, Rəhimin bacısı Sevdanı tanıyır, o,

elə qız deyil, tərbiyəli qızdır. Ona Fərhadın deməsinə inanmamağı məsləhət bildim. Şəhriyar isə öz iradını bildirərək dedi ki, sən niyə Sevdanı müdafiə edirsən. Bundan bir neçə gün sonra Şəhriyar mobil telefonuna zəng edərək dedi ki, mən səndən "mobil telefonunda həmin şəkilin qalıb-qalmadığını" soruşacam, sən isə mənə telefonunda həmin şəklin qaldığını bildirərsən. Şəhiryardan nə şəkil, nə telefon deyə soruşdum. Şəhriyar bu barədə heç bir söz demədi. O, oğlu Vaqifin canına and verərək zəng vuranda telefonda həmin şəklin qaldığını bildirməyimi xahiş etdi. Mən də etiraz etməyərək Şəhriyar telefonla zəng vuranda telefonunda şəklin qaldığını bildirdim. Bundan 2-3 gün sonra Şəhriyarla görüşən zaman məndən niyə görə telefonda həmin şəkilin qaldığını deməsini

soruşdum.

Şəhriyar dedi ki, mənimlə telefonla danışan zaman Sevdanın qardaşı Rəhim onun yanında idi və buna görə də telefonda mənə şəkil olduğunu deməyimi istəyib. Şəhriyarla buna görə mübahisə etdik. Heç nədən xəbərim olmadığı halda adımdan istifadə edib. O, Rəhimlə mənim aramı vurduğunu

dedim. Şəhriyara bir daha bildirdim ki, Rəhimin bacısı tərbiyəli

olduğuna görə onun kiminləsə görüşdüyünə inanmıram".

13 il cəza

Təqsirləndirilən şəxsin bacısı Sevda Qafarova barəsində yayılan söz-söhbətlərə aydınlıq gətirib. O deyib ki, qardaşı Rəhimlə Şəhriyarın arasında əvvəllər hər hansı mübahisələrinin və ya

ədavətlərinin olması barədə məlumatı olmayıb. Onun sözlərinə görə, Şəhriyarın onun barəsində yaydığı məlumatlar şər-böhtandır. O, əlavə edib ki, Fərhad adlı RAF sürücüsünü tanımır və onunla heç bir münasibəti yoxdur. Istintaq oraqnı adı cinayət işində hallana Fərhad adlı RAF sürücüsünü də tapıb.

Fərhad Əhmədovun sözlərinə görə, Gəncə şəhəri Gülüstan qəsəbəsində 14 nömrəli marşurutda sürücü işləyir və Şəhriyar Əlbəndovu da həmin qəsəbənin sakini və sərnişin kimi tanıyıb.

O deyib ki, hadisədən əvvəllər bir dəfə Rəhim Rəhimzadənin qardaşı Elməddin ondan bacısı Sevdanı tanıyıb-tanımadığını soruşub. O, Sevdanı tanımadığını deyib. Sevdanı tanımır və onunla heç vaxt hər hansı münasibəti olmayıb. Sevda ilə bağlı onun haqqında çıxarılan söhbətlər yalan və böhtandır.

Məhkəmənin hökmü ilə Rəhim Rəhimzadə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR