
Bir neçə dəqiqə əvvəl Bakıda ABŞ-ın Azərbaycandakı
səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş
verib.
Publika.az-ın məlumatıan görə, ABŞ səfirliyinə məxsus “Chevrolet”
markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ
səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş
verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına
arxadan çırpılıb.
Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə
keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə
xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası
olmayıb.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Araşdırma
gedir.
Publika.az hadisə yerindən çəkilmiş fotoları təqdim edir: