
Fövqəladə Hallar Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobillə motosikletin toqquşması haqqında məlumat yayıb.
Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində “Şevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb və sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.