İş nömrəsi və şifrəsini unutmuş şəxslərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

İş nömrəsi və şifrəsini unutmuş şəxslərin nəzərinə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Elektron ərizə" vermək üçün ödəmə kartı əldə edib iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Elektron ərizə" vermək üçün ödəmə kartı əldə edib iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib.

Publika.Az-ın verdiyi xəbərə göə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları vasitəsilə ala bilərlər.

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.
Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm