Avtobuslarda gediş haqqı 50 faiz qalxır?
Bizi izləyin

Qırmızı.az

Avtobuslarda gediş haqqı 50 faiz qalxır?

Nəqliyyat Nazirliyi paytaxt ərazisində fəaliyyət göstərən marşrut avtobuslarında gediş haqqını paytaxt daxilində 50 faiz, yəni 10 qəpik artırmağı planlaşdırır.

Axar.az-ın əldə etdiyi məlumata görə, artıq nazirlik şəhər daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində gediş haqqının 20 qəpikdən 30 qəpiyə, şəhərkənarı kənd və qəsəbələrə isə 40-50 qəpiyə qədər artırılması üçün Tarif Şurasına müraciət edəcək.

Müraciətin Yeni ildən sonra ediləcəyi proqnozlaşdırılır.

Bildirək ki, bir müddət öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov nazirliyin bu addımına səbəb kimi yeni alınan avtobusları göstərib. Onun sözlərinə görə, çəkilən xərc müqabilində 20 qəpik gediş haqqı özünü doğrultmayacaq.

Qeyd edək ki, qiymət artımı barədə məlumat hələlik rəsmən təsdiqlənmir. Taarif Şurası müraciətin Nəqliyyat Nazirliyi tərəfindən edilməli olduğunu və yalnız bundan sonra artım təklifinə baxıla biləcəyini, nazirliyin isə müraciət etmədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm