70 yeni peşə standartı layihəsi hazırlanıb
Bizi izləyin

Qırmızı.az

70 yeni peşə standartı layihəsi hazırlanıb

Bu il daha 70 yeni peşə standartının layihələri hazırlanıb.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN və Dünya Bankı “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tikinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir. Peşə standartları əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılmasına, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilinə xidmət edir.


Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək peşə standartının hazırlanması nəzərdə tutulur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm