Ev partladı, bir ailənin 5 üzvü yaralandı
Bizi izləyin

Qırmızı.az

Ev partladı, bir ailənin 5 üzvü yaralandı

Abşeron rayonunun Fatmayı kəndindəki evlərdən birində yaşayan Fərasət Kərimova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 27-də saat 09 radələrində Abşeron rayonunun Fatmayı kəndindəki evlərdən birində yaşayan Fərasət Kərimova məxsus 3 mərtəbəli evdə təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə ev yararsız vəziyyətə düşüb, xəsarət alan F.Kərimovun arvadı Sədaqət, oğlanları Məhərrəm, Uğur, gəlini Aytəkin və nəvəsi Məhəmməd xəstəxanaya yerləşdiriliblər. S.Kərimovaya, A.Kərimovaya və Məhəmmədə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm