Türkiyənin KİV rəhbərləri Qarabağ Qaziləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Türkiyənin KİV rəhbərləri Qarabağ Qaziləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə “ Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyi İH-nin üzvü Mustafa Saim Ayxan, İsmayıl Türk, “Kanal 35” TV-nin Yayın Yönətməni Xalid Tunc, “Bəyaz” TV-nin "Dinamit" proqramının aparıcısı və müəllifi Lətif Şimşək Sumqayıt şəhərini ziyarət ediblər, Qarabağ Müharibəsi Veteranları Birliyinin Sumqayıt şöbəsini ziyarət edib və qurumun sədri, Respublika Müharibə Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev və birliyin üzvləri ilə görüşüblər.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ermənistanın torpaqlarımızı işğalı nəticəsində şəhid olmuş insanlarımız, müharibə veteranlarımız, Milli Qəhrəmanlarımız barədə Türkiyəli jurnalistlərə geniş məlumatlar verib. Qardaş türkiyədən olan jurnalistləri ölkəmizdə görməkdən məmnun olduğunu deyən Qarabağ Müharibəsi Veteranları Birliyinin sədr müavini, Sumqayıt şöbəsinin sədri Mübariz Quliyev və müharibə veteranları onlara Qarabağ və Xocalı həqiqətləri, Milli Qəhrəmanlarımız barədə geniş məlumatlar verib, fikir mübadiləsi aparılıb .M.Quliyev və birliyin üzvləri qonaqlara Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi veriblər. Görüşdə iştirak edən millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması, Türkiyə və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, İsmayıl Türk, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv “Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşek “Qarabağdan Anadoluya Könül Körpüsü” adlı layihə çərçivəsində Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib və Azərbaycanın, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin bu istiqamətdə onlar üçün böyük önəm daşıdığını deyiblər.

Müharibə veteranları ilə görüşün sonunda qazilərimizin və millət vəkili Qənirə Paşayevanın "inşallah, gələn görüşümüzü Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda qeyd edək" fikirlərinə KİV rəhbərləri "bu, bizim də arzumuzdur. İnşallah, gələn dəfə Şuşada görüşək" deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm