Penitensiar müəssisələrdə vərəmdən ölənlərin sayı 60 dəfədən çox azalıb
Bizi izləyin

Qırmızı.az

Penitensiar müəssisələrdə vərəmdən ölənlərin sayı 60 dəfədən çox azalıb

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar Xidmətdə kollegiya iclası keçirilib.

Publika.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bu il də məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlərin davam etdiyi vurğulanıb və bildirilib ki, Penitensiar müəssisələrdə ölüm hallarının kəskin sürətdə azalması müşahidə olunub.

Ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb. Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunub və Azərbaycanın bu sahədə yüksək nailiyyəti dünyada təqdir olunaraq ötən il BMT-nin İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı Səhiyyə Mükafatına layiq görülüb. Artıq 15-ə yaxın dövlətin məsul nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər.


Kollegiyada tibb xidməti sahəsində görülmüş işlərlə yanaşı, fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, o cümlədən tibbi yardım və sanitariya təminatının daha da yaxşılaşdırılması, məhkumların sağlamlığının mühafizəsi və müvafiq preventiv tədbirlərin görülməsi, tibb infrastrukturunun müasirləşdirilməsi, vakant ştat vahidlərinin komlektləşdirilməsi və s. üzrə aidiyyəti tapşırıqlar verilib.


Eyni zamanda, iclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün yeni əsas prioritetlər, o cümlədən vətəndaşların qəbulu işinin müasir İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi, məhkəmə və ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə əlavə tədbirlərin görülməsi, vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və digər konkret tədbirlər müəyyən edilib.


Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

İclasda həmçinin bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ədliyyə islahatları çərçivəsində cəza-icra siyasəti xeyli humanistləşdirilib, məhkumların saxlanma şəraiti, tibb və dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm