Qırmızı.az
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada bayram tədbiri
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, RAGB İdarə
Heyəti Şurasının üzvü Emin Hacıyev tədbiri açaraq Birliyin sədri
Leyla Əliyevanın adından bütün qonaqları qarşıdan gələn bayramlar
münasibətilə təbrik edib və təşkilatın 2014-cü ildəki fəaliyyəti
barədə məlumat verib. E.Hacıyev deyib: “2014-cü il Azərbaycan üçün
uğurlu olub. Ölkəmizə görə qürur duymaq üçün səbəb çoxdur. 2015-ci
ildə Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək. Əminəm ki,
gələcəkdə Azərbaycan digər qlobal layihələrdə də fəal iştirak
edəcək. Bütün bu uğurların rəhni ölkəmizin Prezidenti İlham
Əliyevin yürütdüyü səmərəli daxili və xarici siyasətdir”.
O vurğulayıb ki, başa çatmaqda olan il RAGB üçün də uğurlu olub.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr
başlayıb və həyata keçirib. RAGB üzvlərinin sayı ilbəil artır.
Hazırda Rusiya Federasiyasının 70-dən çox regionunda bu təşkilatın
bölmələri fəaliyyət göstərir. RAGB RF-nin ictimai birlikləri və ali
təhsil müəssisələri ilə əməkdaşlıq edir.
E.Hacıyev deyib: “Bütün bunlar bizim liderimiz Leyla Əliyevanın
sayəsində mümkün olub. O, Rusiyanın ən müxtəlif guşələrində yaşayan
azərbaycanlı gəncləri birləşdirməyə müvəffəq olub”.
Sonra Moskva ali məktəblərinin Azərbaycan klublarının nümayəndələri
və RAGB-nin regional bölmələrinin rəhbərləri çıxış ediblər.
Rəsmi hissə başa çatandan sonra “Azərbaycan” ansamblının ifasında
milli musiqi və rəqslərdən ibarət konsert olub. Daha sonra RAGB
fəalları bayram tortunu kəsiblər.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya
Azərbaycanlılar Konqresinin nümayəndələri və RAGB fəalları iştirak
ediblər.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...