Gəncədə zəncirvari qəza baş verib
Bizi izləyin

Qırmızı.az

Gəncədə zəncirvari qəza baş verib

Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Publika.az Kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə axşam saat 22:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb. Təbriz küçəsi ilə hərəkətdə olan BMV markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Nəticədə avtomobil əks istiqamətdə olan yola keçərək, yol kənarına park edilən dörd avtomobili əzib. Qəza nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi, Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm